# Quraşdırma üzrə kömək "FairEmail"i quraşdırmaq olduqca sadədir. E-poçt almaq üçün ən azı bir hesab və e-poçt göndərmək istəsəniz ən azı bir kimlik əlavə etməyiniz lazımdır. Cəld quraşdırma, ən böyük təchizatçılar üçün bir dəfəyə bir hesab və bir kimlik əlavə edəcəkdir. ## Tələblər Hesabları və kimlikləri qurmaq üçün bir internet bağlantısı tələb olunur. ## Cəld quraşdırma Sadəcə uyğun təchizatçını və ya *Digər təchizatçını* seçin, daha sonra adınızı, e-poçt ünvanınızı və şifrənizi yazın, sonra *Yoxla* düyməsinə toxunun. Bu, əksər e-poçt təchizatçıları üçün işləyir. Əgər cəld quraşdırma işləməsə, əllə hesab və kimliyi quraşdırmaq lazım olacaq, təlimatlar üçün aşağı baxın. ## Hesabın quraşdırılması - e-poçt almaq üçün Bir hesab əlavə etmək üçün, *Əllə quraşdırma və daha çox seçim*lərə, ardından *Hesablar*a toxunun və altdakı "+" düyməsinə toxunaraq IMAP (və ya POP3) seçin. Siyahıdan bir təchizatçı seçin, əsasən e-poçt ünvanınız olan istifadəçi adınızı və şifrənizi daxil edin. "FairEmail"in e-poçt serverinə bağlanmasına və sistem qovluqlarının bir siyahısını almasına icazə vermək üçün *Yoxla* düyməsinə toxunun. Sistem qovluq seçiminə nəzər saldıqdan sonra *Saxla* düyməsinə toxunaraq hesab əlavə edə bilərsiniz. Əgər təchizatçınız təchizatçılar siyahısında yoxdursa, minlərlə təchizatçı var, *Özəl* düyməsinə toxunun. Domen adını daxil edin, məsələn *gmail.com* və *Tənzimləmələri al* düyməsinə toxunun. Əgər təchizatçınız [avtomatik kəşf et](https://tools.ietf.org/html/rfc6186)məni dəstəkləyirsə, FairEmail, host adını və port nömrəsini dolduracaq. Həmçinin doğru IMAP host adı, port nömrəsi və şifrələmə protokol (SSL/TLS və ya STARTTLS) üçün təchizatçınızın quraşdırma təlimatlarını nəzərdən keçirin. Daha ətraflı, zəhmət olmasa [bura](https://github.com/M66B/FairEmail/blob/master/FAQ.md#authorizing-accounts) baxın. ## Kimlik quraşdırma - e-poçt göndərmək üçün Eynilə, bir kimlik əlavə etmək üçün *Əllə quraşdırma və daha çox seçim* > *Kimliklər* və altdakı "+" düyməsinə toxunun. Göndərdiyiniz e-poçtlardakı ünvan sahəsində görünməsini istədiyiniz adı daxil edin və bağlantılı bir hesab seçin. Kimlik əlavə etmək üçün *Saxla*ya toxunun. Hesab əllə konfiqurasiya edilibsə, böyük ehtimalla kimliyi də əllə konfiqurasiya etməli olacaqsınız. Domen adını daxil edin, məsələn *gmail.com* və *Tənzimləmələri al* düyməsinə toxunun. Əgər təchizatçınız [avtomatik kəşf et](https://tools.ietf.org/html/rfc6186)məni dəstəkləyirsə, FairEmail, host adını və port nömrəsini dolduracaq. Həmçinin doğru SMTP host adı, port nömrəsi və şifrələmə protokol (SSL/TLS və ya STARTTLS) üçün təchizatçınızın quraşdırma təlimatlarını nəzərdən keçirin. Ləqəb istifadəsi haqqında [TSS](https://github.com/M66B/FairEmail/blob/master/FAQ.md#FAQ9)-a baxın. ## Verilən icazələr - əlaqə məlumatlarına müraciət etmək üçün E-poçt ünvanlarını axtarmaq, əlaqə fotolarının göstərilməsini və s. istəyirsinizsə, "FairEmail"ə əlaqə məlumatlarını oxumaq üçün icazə verməlisiniz. Sadəcə *Verilən icazələr* toxunun və *İcazə ver*i seçin. ## Batareya optimallaşdırmasını quraşdırma - davamlı e-poçtları almaq üçün Son Android versiyalarında, Android, batareya istifadəsini azaltmaq üçün ekran bir müddət sönülü olanda tətbiqləri yuxu rejiminə keçirir. Yeni e-poçtları gecikməsiz almaq istəyirsinizsə, FairEmail üçün batareya optimallaşdırmalarını sıradan çıxartmalısınız. *İdarə et*ə toxunun və təlimatları izləyin. ## Suallar və ya problemlər Əgər sualınız varsa və ya problem yaşayırsınızsa, zəhmət olmasa kömək üçün [bura baxın](https://github.com/M66B/FairEmail/blob/master/FAQ.md).