FairEmail/app/src/main/assets/SETUP-az-rAZ.md

4.0 KiB
Raw Blame History

Quraşdırma üzrə kömək

"FairEmail"i quraşdırmaq olduqca sadədir. E-poçt almaq üçün ən azı bir hesab və e-poçt göndərmək istəsəniz ən azı bir kimlik əlavə etməyiniz lazımdır. Cəld quraşdırma, ən böyük provayderlər üçün bir dəfəyə bir hesab və bir kimlik əlavə edəcəkdir.

Tələblər

Hesabları və kimlikləri qurmaq üçün bir internet bağlantısı tələb olunur.

Cəld quraşdırma

Sadəcə uyğun provayderi və ya Digər provayderi seçin, daha sonra adınızı, e-poçt ünvanınızı və parolunuzu yazın, sonra Yoxla düyməsinə toxunun.

Bu, əksər e-poçt provayderi üçün işləyir.

Əgər cəld quraşdırma işləməsə, əllə hesab və kimliyi quraşdırmaq lazım olacaq, təlimatlar üçün aşağı baxın.

Hesabın quraşdırılması - e-poçt almaq üçün

Bir hesab əlavə etmək üçün, Əllə quraşdırma və daha çox seçimlərə, ardından Hesablara toxunun və altdakı "+" düyməsinə toxunaraq IMAP (və ya POP3) seçin. Siyahıdan bir provayder seçin, əsasən e-poçt ünvanınız olan istifadəçi adınızı və parolunuzu daxil edin. "FairEmail"in e-poçt serverinə bağlanmasına və sistem qovluqlarının bir siyahısını almasına icazə vermək üçün Yoxla düyməsinə toxunun. Sistem qovluq seçiminə nəzər saldıqdan sonra Saxla düyməsinə toxunaraq hesab əlavə edə bilərsiniz.

Əgər provayderiniz provayderlər siyahısında yoxdursa, minlərlə provayder var, Özəl düyməsinə toxunun. Domen adını daxil edin, məsələn gmail.comTənzimləmələri al düyməsinə toxunun. Əgər provayderiniz avtomatik kəşf etməni dəstəkləyirsə, FairEmail, host adını və port nömrəsini dolduracaq. Həmçinin doğru IMAP host adı, port nömrəsi və şifrələmə protokol (SSL/TLS və ya STARTTLS) üçün provayderinizin quraşdırma təlimatlarını nəzərdən keçirin. Daha ətraflı, zəhmət olmasa bura baxın.

Kimlik quraşdırma - e-poçt göndərmək üçün

Eynilə, bir kimlik əlavə etmək üçün Əllə quraşdırma və daha çox seçim > Kimliklər və altdakı "+" düyməsinə toxunun. Göndərdiyiniz e-poçtlardakı ünvan sahəsində görünməsini istədiyiniz adı daxil edin və bağlantılı bir hesab seçin. Kimlik əlavə etmək üçün Saxlaya toxunun.

Hesab əllə konfiqurasiya edilibsə, böyük ehtimalla kimliyi də əllə konfiqurasiya etməli olacaqsınız. Domen adını daxil edin, məsələn gmail.comTənzimləmələri al düyməsinə toxunun. Əgər provayderiniz avtomatik kəşf etməni dəstəkləyirsə, FairEmail, host adını və port nömrəsini dolduracaq. Həmçinin doğru SMTP host adı, port nömrəsi və şifrələmə protokol (SSL/TLS və ya STARTTLS) üçün provayderinizin quraşdırma təlimatlarını nəzərdən keçirin.

Ləqəb istifadəsi haqqında TSS-a baxın.

Verilən icazələr - əlaqə məlumatlarına müraciət etmək üçün

E-poçt ünvanlarını axtarmaq, əlaqə fotolarının göstərilməsini və s. istəyirsinizsə, "FairEmail"ə əlaqə məlumatlarını oxumaq üçün icazə verməlisiniz. Sadəcə Verilən icazələr toxunun və İcazə veri seçin.

Batareya optimallaşdırmasını quraşdırma - davamlı e-poçtları almaq üçün

Son Android versiyalarında, Android, batareya istifadəsini azaltmaq üçün ekran bir müddət sönülü olanda tətbiqləri yuxu rejiminə keçirir. Yeni e-poçtları gecikməsiz almaq istəyirsinizsə, FairEmail üçün batareya optimallaşdırmalarını sıradan çıxartmalısınız. İdarə etə toxunun və təlimatları izləyin.

Suallar və ya problemlər

Əgər sualınız varsa və ya problem yaşayırsınızsa, zəhmət olmasa kömək üçün bura baxın.